İnterpress.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədəki səhifəsində yazıb. Səbinə Həşimova bildirib ki, üzləşdiyi problemlə əlaqədar dəfələrlə özünə qəsd etmək istəyib, amma yaxınlarının müdaxiləsi ilə qarşısı alınıb.
Jurnalistin bildirdiyinə görə, müstəqil işini qurmaq üçün faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: “Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb, başladı əxlaqsız təkliflər etməyə”.
Jurnalist həmin təkliflərdən imtina etdiyini və qohumuna olan 5 min manat borcunu qaytardığını bildirib. Səbinə Həşimovanın sözlərinə görə, 5000 manat məbləgində borcunu 2014- cü il mart ayında qaytarıb. Ancaq qohumu onun daha 18 min manat borclu olduğunu deyib.
Jurnalist bununla bağlı Xətai rayonu, 34-cü polis bölməsinə müraciət edib. Bundan sonra qarşı tərəf Cəbrayıl rayon polisinə müraciət edib. Jurnalistin şikayəti əsasında materiallar əvvəlcə Binəqədi Rayon Polis İdarəsinin, sonra isə Baki Baş Polis İdarəsinin icraatina göndərilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.
Səbinə Həşimova kömək üçün ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
İnterpress.az