BMT-dən miqrantlara kömək çağırışıbackend

BMT-dən miqrantlara kömək çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BMT Baş Katibliyindən yayılan açıqlamada Pan Ki Munun miqrantların vəziyyətindən narahatlıq keçirdiyi vurğulanıb.

Miqrantların vəziyyəti ilə bağlı Malayziya və Tayland baş nazirləri ilə görüşən Baş katib beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi və miqrantların xilas edilməsinin vacibliyini bildirib.

Miqrant qayıqlarının limanlara qəbul edilərək qaçqınların quruya çıxmasına icazə verilməsini istəyən BMT Baş katibi qayıqların geri göndərilməsinin yolverilməz olduğunu deyib.

Beynəlxalq Miqrasiya Təşkilatı Hind okeanı və Andaman dənizində insan tacirlərinə aid qayıqlarda hələ də 8 min immiqrantın olduğunu açıqlayıb.

Əksəriyyətini Myanmarda insan hüquqları pozulması və zorakılıqdan qaçan Rohingya Müsəlmanları ilə banqladeşlilerin təşkil etdiyi immiqrantlar bölgə ölkələri tərəfindən qəbul edilmədiyi üçün dənizdə ölüm-qalım mübarizəsi verir.

İnterpress.az