“Mədəni müxtəlifliyi dəstəkləməliyik”backend

“Mədəni müxtəlifliyi dəstəkləməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun baş direktoru İrina Bokova bildirib. Baş direktoru deyib ki, UNESCO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri mühümdür: “Ötən həftə UNESCO qədimdən müasirliyə adlı sərgini təşkil etdi. Həmin sərgidə Məhsəti Gəncəvinin əsərləri təqdim olundu”.

UNESCO -nun baş direktoru bildirib ki, mədəniyyətlər fərqlidir, ancaq qarşılıqlı hörmət əsasdır. Onun sözlərinə görə ki, dünyada ifadə azadlığı təmin edilməlidir: “Ekstremizm mədəni dəyərlərə qarşı hücumdur. Təhsil bu sahədə mühüm mübarizə vasitəsidir”.

İrina Bokova bildirib ki, öz hərəkətlərimizə qiymət verə bilməyimiz üçün tənqidi yanaşma inkişaf etdirilməlidir: “Rəqəmsal texnologiyanın inkişafı insan hüquqlarının qorunmasında rol oynamalıdır. Bu, gələn ay UNESCO-nun keçirəcəyi konfransda əsas mövzudur. Mədəni müxtəliflik insan ləyaqətinin başqa adıdır və biz mədəni müxtəlifliyi dəstəkləməliyik”.

İnterpress.az