“Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib”backend

“Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib. O bildirib ki, dünyanın bir çox regionlarında sabitlik pozulub: “Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası vasitəsilə üzərinə düşən məramı həyata keçirə bilmir. İnsanlar bəşəriyyəti irəli aparacaq idealları təbliğ etməlidir. Bu baxımdan siyasətçilərin üzərinə mühüm missiya düşür”.

İSESCO-nun baş direktoru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan, Fələstinin İsrail, Mərakeşin adalarının İspaniya tərəfindən işğal edildiyini söyləyib: “Mədəniyyətlərarası dialoq sadə bir tədbir kimi qəbul edilməməlidir. Bu, dünyadakı qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Biz bir ailə kimi işləyirik, heç kimin arasında fərq qoymuruq”.

İnterpress.az