McCarthy-dən sillə kimi sözlər: “”Erməni soyqırımı”nı rədd edirəm”backend

McCarthy-dən sillə kimi sözlər: “”Erməni soyqırımı”nı rədd edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Justin McCarthy, \”Erməni soyqırımı\” iddialarına qarşı Türkiyənin daha aktiv hərəkət etməsinin vacibliyini bildirib: “Bəzən güclü olmaqla yanaşı, yüksək səslə danışmaq da lazımdır”.

Tarix və demoqrafiya elmi sahəsindəki fəaliyyəti ilə tanınan, Osmanlı İmperatorluğunun son dövrü mövzusunda mütəxəssis olan McCarthy \”Amerikadakı Türk obrazı\” və \”Osmanlı Türkləri- 1281-ci ildən 1923-cü ilə\” kitablarının türk dilində tərçümələri yayımlanması səbəbi ilə Taksimdə otelllərdən birində təşkil edilən konfransda çıxış edib.

\’\’TÜRK ÖZÜNƏ ACINDIRMAZ\’\’

McCarthy yaxşı xüsusiyyətlərin bəzən neqativə çevrildiyi həqiqətinin bunun fərdlər və cəmiyyətlər üçün də keçərli olduğunu söyləyib.

Türklərin güclü, şərəf anlayışına sahib, şikayət etməyən kəslər olduğunu vurğulayan McCarthy \”Türkü incitsək iki şey edər, ya boş verir, ya da sərt bir cavab verir. Ağlamaz, özünə acındırmaz\” deyib. Bunun yaxşı bir xüsusiyyət olduğunu ifadə edən McCarthy çıxışına belə davam edib: \’\’ Evlərində edilən 1 milyon Türkü anladın \’\’

\”Amma bunun pis tərəfi odur ki, kənardakı insanlar faktlardan çox ağlayanı eşidir. Türklərə bu səbəblə aktiv olmalarını tövsiyə edirəm. Olub-bitənləri izah edin, ermənilərin evlərindən didərgin saldığı 1 milyon türkü, Vanda müsəlmanların üçdə ikisinin qətl edildiyini danışın. Bəzən güclü olmaqla yanaşı, yüksək səslə danışmaq da tələb olunur\”.

McCarthy \”Amerikadakı Türk obrazı\” kitabında \”xoş bir hekayə\” yaza bilmədiyini, türklər haqqındakı ənənəvi Amerika və Avropa baxışını təsvir etmək üçün istifadə ediləcək tək sözün \”ön mühakimə\” olduğunu vurğulayıb.

Bu mövzuyla maraqlanmağa müsəlmanlara qarşı etnik təmizləmə hərəkatlarını araşdırarkən başladığını dilə gətirən McCarthy çıxışına bunları əlavə edib: \”Bu araşdırmalar nəticəsində milyonlarla Osmanlı müsəlmanının qətl və ya evindən sürgün edildiyini kəşf etməklə qalmadım. Amerikada heç kimin baç verənlərdən xəbərdar olmadığını da fərq etdim. Müsəlmanların məruz qaldığı qırğınların ABŞ-da nə qəzetlərdə əks olunduğunu, nə də dərs kitablarında yer aldığını gördüm. Əksinə, həm qəzetlər, həm də dərs kitabları yalnız ermənilərin və yunanların çəkdiklərini yazırdı. Üstəlik bu yazılanların çoxu da səhv idi\”.

“Qorxunc Türk Əfsanəsi”

McCarthy ABŞ-da erməni məsələsinin müzakirəsinin də çətin olduğunu söyləyib. Həmçinin siyasətçilər, hətta alimlərin türklərin “soyqırım” etdiyinə inandığını deyib: “O qədər inanıblar ki, Birinci Dünya Müharibəsində digər fəlakətlərlə bağlı başqa şərhləri nəzərə belə almırlar. Gerçək tarix haqqında çox az şey bilirlər, amma zehinləri də tamamilə bağlı idi. Bu mövzunu müzakirə etmək istəyənlərimizin də qarşısına “Qorxunc Türk Əfsanəsi” qoyulurdu. Əfsanələrin məzmunu ağılasığmazdır. Onlara sadəcə inanırlar. Bu əfsanələr də “Bunu hər kəs bilir” \’Doğru olmalıdır, çünki hər kəs buna inanır” deyilə-deyilə bütün mədəniyyətləri ölkələri təsiri altına alır”.

McCarthy türklərlə bağlı orta əsrə söykənən və əksəriyyəti də dindən qaynaqlanan ön mühakimələrin təsirindəki amerikalıların türkləri \”təbii qətliamçılar\” olaraq gördüyünü, bunda Osmanlı torpaqlarında missionerlik fəaliyyəti icra edən amerikalıların 1830 – cu illərdən etibarən yazdıqları hesabatların da təsirli olduğunu dilə gətirib.

ABŞ-dakı \”mənfi türk\” imicinin siyasi mövzularda da təsirli olduğunu, ancaq bu ölkəyə köç edən türklərə fərdi olaraq təsir etmədiyini ifadə edən McCarthy: \”Problemlərə qarşı Amerika ifadə azadlığının olduğu bir ölkədir. Türkləri sevməyənlərin siyasi və ya iqtisadi gücü ola bilər. Bu gücü qəzetləri və televiziyaları təsir altına almaq üçün də istifadə edə bilərlər, lakin məni işdən çıxartdıra və ya həbs edə bilməzlər. Mən qondarma erməni soyqırımını rədd edirəm. Fransız və ya İsveçrə parlamentlərinin əksinə, Amerika Konqresi əsla ifadə azadlığına qarşı bir qanun çıxarmaz. Konstitusiyamız buna icazə verməz. Tarixçi Bernard Levisin və ya Doğu Perinçekin mühakimə edilməsinə bənzər şeylər ABŞ-da heç bir zaman olmayacaq. Bu da Amerikanın yaxşı cəhətidir”.

“Türkiyə daha sərbəstdir”

McCarthy türklərə öz tarixlərini və xüsusilə də türklərlə ermənilər arasında yaşanan hadisələri öyrənmələrinin vacib olduğunu dilə gətirib. Tarixin dərinliyinə qədər və doğru bir şəkildə öyrədilməsi lazım olduğunu vurğulayan McCarthy “Əgər bir məsələnin iki tərəfi varsa, bunlar da müzakirə edilməlidir, ancaq doğrusunu desəm, Türkiyədə hər hansı bir kitapçıya girdiyimdə Taner Akçamın kitablarını görürəm. Ermənistanda bir kitapçıya girdiyimdə Justin McCarthynin kitablarını görə bilirəmmi? Qətiyyən yox! Türkiyə çox azad bir yerdir”.

McCarthy, dinləyicilərdən gələn bir sual suala belə cavab verib: “Erməni millətçilərinin 3 məqsədi var. Birincisi, Türkiyənin “soyqırım”ı qəbul etməsini istəyirlər. İkinci olaraq Türkiyənin 80 milyard dolları aşan bir təzminat ödəməsini istəyirlər. Üçüncü olaraq da Türkiyənin Ermənistan Respublikasına Ərzurum, Bitlis, Van, Trabzon və Tuncəli də daxil olmaqla torpaqların verməsini istəyirlər”.

“Müsəlmanları qovmaq, ya da öldürmək”

McCarthy Ermənistandakı milliyətçilərin bu tələblərinin yaradacağı nəticələri məsələsində dürüst olmadığını ifadə edərək “Türkiyədən tələb edilən torpaqlarda, bütün dünyadakı erməni əhalisindən iki dəfədən artıq müsəlman yaşayır. Demokratiyalada bir adam, bir səs prinsipi var. Sözügedən torpaqlarda yeni bir Ermənistan yaratmanın tək yolu da müsəlmanları qovmaq, ya da öldürmək ola bilər. Başqa yolu yoxdur. Erməni millətçiləri dürüst olsalar gerçək istəklərinin də bu olduğunu qəbul edəcəklər” deyə ifadə edib.

Türkiyədə erməni məsələsiylə əlaqədar bir çox konfranslar təşkil edildiyi və buralarda “soyqırım” tezisinin müdafiə edildiyini ifadə edən McCarthy sözlərinə belə davam edib: “Bu, Türkiyənin azad bir ölkə olduğunun dəlilidir. Bu yaxşı bir şeydir, ancaq daha da yaxşısı bunu söyləyən insanların bu mövzunu bizimlə üz-üzə müzakirə etməsinə cəsarət göstərməsi olardı. Müzakirədən kim qaçır? İtirəcəyini bilənlər\”.

“Əbdülhəmid yaxşı diplomat idi”

McCarthy başqa bir sualın cavabında Sultan 2-ci Əbdulhəmidin dövründə yaxşı bir diplomatiya yürüdüldüyünü deyib: “Əbdülhamiddən xoşunuz gələ, ya da gəlməyə bilər, ancaq bir şey qəbul etməlisiniz ki, yaxşı bir diplomat idi. “Əlbəttə, bir şeylər edəcəyik, amma yavaş-yavaş” deyəcək qədər ağıllı biriydi. Osmanlı Bankının ermənilər tərəfindən basılmasının insanların çoxu tərəfindən yalnız bir basqın zənn edilirdi, halbuki bank bombalandı, bütün İstanbulda bombalar partladı, insanlar öldü. Əbdulhəmid o mühitdə sükunəti təmin etməyi bacardı. Təbii sabah qəzetlərdə “McCarthy Əbdulhəmidi çox sevdiyini söylədi” deyə xəbərlər də çıxmasın”.

Justin McCarthy konfransdan sonra oxucular üçün kitablarını imzalayıb.

İnterpress.az