İŞİD Ramadini ələ keçirdibackend

İŞİD Ramadini ələ keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İraq Müdafiə Nazirliyi isə Ramadi şəhər mərkəzindəki İŞİD hədəflərinə təşkil edilən hücumlarda ən az 100 döyüşçünün öldürüldüyünü açıqlayıb.

Hərbi mənbələrə görə, İraq təhlükəsizlik qüvvələrinin Ramadidən çəkilməsiylə birlikdə şəhər ələ keçirilib. Bəzi qaynaqlar isə şəhərin ətrafında döyüşlərin hələ də davam etdiyini bildirir. Cümə günü şəhərin böyük bir hissəsini ələ keçirən İŞİD isə ictimai binaların üzərinə bayraqlarını sançıb.

Hökumət gücləri əlində olan son səmti də bu gün elə keçirən İŞİD şəhərin ətrafında olan bir hərbi bazanı mühasirəyə alıb. Anbar şəhər Məclisi “Haşd Şəəbi” olaraq tanınan könüllü əsgərlərin şəhəri azad etməsi istiqamətində hərəkətə başlamağa qərar verib. İraq Baş naziri Hayder Elibadi isə “Haşd Şəəbi” güclərinin ordu ilə birlikdə hərəkət edərək Anbar şəhərini azad etmələrinə təlimat verib. Elibadi Anbar Məclisi və din adamlarının çağırışına cavab olaraq bu addımın atıldığını açıqlayıb.

İŞİD Ramadini ələ keçirdi

İraq təhlükəsizlik gücləri bölgədə terrorçularla qarşıdurma davam etdiyini bildirdiyi bir zamanda İŞİD-in yüksək rütbəli komandiri şəhərin hər küçəsini ələ keçirdiklərini və özlərinin burada qapalı qaldıqlarını telefonla açıqlayıb.

İŞİD Ramadini ələ keçirdi

İnterpress.az