Avropa Birliyindən Mursi açıqlamasıbackend

Avropa Birliyindən Mursi açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avropa Birliyi Xarici İşlər üzrə nümayəndəsi Federika Moqherini açıqlamasında “Sabiq prezident Məhəmməd Mursi və 100-dən çox tərəfdarına tələb edilən edam cəzası Misir məhkəməsinin beynəlxalq hüquqa uyğun olmayan mühakiməsinin nəticəsidir. Misir məhkəmə orqanları beynəlxalq standartlara uyğun şəkildə müntəzəm və müstəqil istintaqlar aparmaq və şübhəlilərin ədalətli şəkildə mühakimə hüququnu zəmanət altına almaq kimi məsuliyyəti daşıyır” deyib.

Avropa Birliyindən Mursi açıqlaması

Moqherini verdiyi açıqlamada “Avropa Birliyi olaraq bu qərarın növbəti mərhələlərdə yenidən baxılacağına güvənirik. Sabitlik və hüququn üstünlüyü zəmanət altına alınmalıdır” deyə vurğulayıb.

Moqherini Avropa Birliyinin hər şərtdə edam cəzasına qarşı olduğunu xatırladıb.

İnterpress.az