Amerikalı qonaqlar Səbail rayonunda görüş keçiribbackend

Amerikalı qonaqlar Səbail rayonunda görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayıb, son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışıb, Səbail rayonu, onun tarixi, rayonun bu günki inkişafı barədə məlumat verib. Asif Əsgərov gələn ay Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunldarına hazırlıqla bağlı Səbail rayonunda görülən işlərdən də söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir. Bu istiqamətdə görülən işlərdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İlk Avropa Ounlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da böyük əməyi vardır. Oyunlara hazırlıq dövründə həyata keçirilən bütün işlər başa çatmış və paytaxtımız artıq yarışlara tam hazırdır.

Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından danışan Asif Əsgərov Nyu-Yorkun Bruklin ilə Bakının Səbaıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti xanım Marietta Yusim-Rozental nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib və Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın salamlarını çatdırıb. Xanım Marietta Yusim-Rozental Bakı şəhərinin gözəlliyinə heyran olduqlarını qeyd edərək şəhərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin olduğunu bildirmişdir. Nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin gözəlliyindən valeh olduqlarını bildirmiş, ilk Avropa Oyunları ilə bağlı görülən işləri yüksək qiymətləndirmiş, qeyd etmişlər ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərininin Səbail rayonu arasında yaranan dostluq telləri hər iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycanın ABŞ-da daha yaxından tanınması və təbliği işində böyük rol oynayır.

Görüşdə hər iki rayon arasında mədəniyyət və təhsil sahələrində, xüsusilə məktəblilər arasında əlaqələrin yaradılması məsələlərinə toxunulub. Səbail rayonundakı 6 saylı məktəb-liseyin Bruklin rayonunun məktəblərinin biri ilə dostluq əlaqələrinin yaradılması ilə bağlı razılaşma əldə olundu.

Görüşdə qonaqlara hədiyyələr və Bruklindəki yerli Azərbaycan icmasının yaratdığı mədəni inkişaf mərkəzinin milli rəqslər qrupunda məşğul olan uşaqlar üçün RİH tərəfindən xüsusi olaraq tikilmiş 100 ədəd milli paltarlar və atributlar təqdim olunub.

Xatırladaq ki, keçən ilin noyabr ayında Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində səfərdə olub. Səfər zamanı Bruklin inzibati rayonunda keçirilən görüşdə Bruklin inzibati rayonunun prezidenti Erik Adams və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən hər iki rayon arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında protokol imzalanmış, gələcək əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

İnterpress.az