Terrorçular Ər-Ramadi şəhərinin ələ keçirilməsini qeyd edirmişlər.
İnsident zamanı dördü uşaq, ikisi qadın olmaqla 8 nəfər xəsarət alıb. Yaralananlar dərman çatışmamazlığından əziyyət çəkən Mosul şəhər xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.
İnterpress.az