Peyğəmbərin karikaturalarının müəllifi istefa verdibackend

Peyğəmbərin karikaturalarının müəllifi istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, bu barədə qərarını mətbuata müsahibəsində açıqlayıb. Karikatura müəllifi istefasının səbəbini yanvar ayında baş verən silahlı hücumda dostlarını itirməsinin acısını yaşaması, həmçinin bu dərdlə bacara bilməməsi ilə izah edib: “Bu şəxsi seçimdir. Son ana qədər bu qərarım barədə ancaq bir neçə dostum bilirdi”.

Hücumdan sonra da digər dostları ilə fəaliyyətini davam etdirdiyini bildirən Renald Luzye “Hər buraxılış mənim üçün çətin idi, başqaları artıq getmişdilər” deyə hücumda ölən yoldaşlarını xatırlayaraq vurğulayıb.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın redaksiyasına silahlı basqında 12 nəfər həlak olub. 11 nəfər isə ağır yaralanıb.

İnterpress.az