İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Məlumatlara görə, araşdırmada xüsusi diqqət çəkən ad parlamentin spikeri Dosdado Kabelodur.
Təhqiqatla Vaşinqtondakı Narkotiklərlə Mübarizə İdarəsi, həmçinin Nyu-York və Mayami Prokurorluğu məşğul olur.
“Kabelonin narkotik daşınmasında rəhbərlərdən biri olmasına dair çoxlu sübut var” deyə ABŞ Ədliyyə Nazirliyindəki mənbə bildirib.
Təhqiqatı ABŞ prezident administrasiyası koordinasiya etmir. Amma əgər ittihamlar təsdiqini taparsa, iki ölkə arasında son 16 ilin ən böyük qalmaqalı yaşanacaq.
Venesuela rəhbərliyi isə bu ittihamları rədd edir. Kabelo onu narkotiklərin qanunsuz dövriyyəsində iştirakda günahlandıran saytların 22 əməkdaşını məhkəməyə verməklə hədələyib.
İnterpress.az