Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıbbackend

Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olunmayan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulur.

Təlimlərin məqsədi DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qarşılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır.

Təlimlər may ayının 21-dək davam edəcək.

İnterpress.az