Bakıda baş verən dəhşətli yanğın zamanı bir neçə nəfər özünü binadan atıb.
Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.
Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır.
***
Bakıda hündürmərtəbəli binada baş verən yanğın zamanı içəridə insanlar qalıb.
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bina daxilində neçə nəfərin olduğu dəqiq bilinmir, ancaq bir nəfər yanğından xilas olmaq üçün özünü binanın 8-ci mərtəbəsindən atıb və ölüb.
***
Hadisə Binəqədi rayon İcra Hakimiyyətinin yaxınlığındakı binada qeydə alınıb.
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın başlayan bina “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Yanğın baş verən əraziyə toplaşan sakinlərin sözlərinə görə, binada yaxın zamanda təmir işləri aparılmışdı. Bina penoplast örtüklə üzlənmişdi. Yanğının bu səbəbdən baş verdiyi və geniş yayıldığı ehtimal olunur.
Baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
İnterpress.az
https://youtube.com/watch?v=uA9Q89STlM4https://youtube.com/watch?v=fNAX0xrz-4Mhttps://youtube.com/watch?v=kmjZftQPb74https://youtube.com/watch?v=g9MfeDurMAQ