İnterpress.az xəbər verir ki, Dubayda iş adamı olan sevgilisi tərəfindən tərk edilən 39 yaşındakı Cənubi Afrika əslli Laura Vanessa Nunes dünyanın ən yüksək “göydələn”i olan 830 metrlik “Bürc Əl-Xəlifə”nin 148-ci mərtəbəsindən aşağı tullanaraq intihar edib.
550 metr yüksəklikdəki mərtəbədə olan bir restoranın yan tərəfindəki müşahidə platformasındakı paneli açmağa müvəffəq olan Nunesin keçən noyabr ayında intihar etdiyi, ancaq hadisənin ört-basdır edildiyi də ortaya çıxıb.
Birləşmiş Ərəb Əmrliklərində zəngin bir iş adamı tərəfindən tərk edilən Nunesin parçalanmış bədəni isə 3-cü mərtəbədəki “Amal” restoranının terrasından tapılıb.
İnterpress.az