Qatar tuneldə qaldıbackend

Qatar tuneldə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar \”İçərişəhər\” əvəzinə \”Sahil\” stansiyasına qayıdıb.

\”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb:

\”Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb\”, – deyə N.Paşayev əlavə edib.

İnterpress.az