Bu barədə məlumatı İnterpress.az-a Milli Şuranın Koordinasiya Şurasının üzvü Namizəd Səfərov bildirib.
Milli Şura son zamanlar BŞİH-nin bazar günü mitinqlərə icazə verməməsini əsas götürərək əlavə iki variant təqdim edib. Belə ki, mayın 30-da Nərimanov metro stansiyası yanındakı kinoteatr qarşısında mitinq və ya “20 Yanvar” dairəsindən keçmiş “Qələbə” meydanına qədər yürüşə icazə verilməsi istənilir.
İnterpress.az