Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.
Bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.
Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.
***
Son dəqiqə daxil olan məlumata görə, Respublika Diaqnostika Mərkəzinə aparılan qızın valideynləri tapılıb.
***
İnterpress.az xəbər verir ki, 3 yaşlı qızın anası Məhərrəmova Günay Toksikologiya Mərkəzinə aparılıb. Yanğın zamanı anası ilə bərabər evdə olan uşaq barədə isə heç bir məlumat almaq mümkün olmayıb. Hazırda atası Məhərrəmov Elnur xəstəxanalarda qızını axxtarır.
Digər bir azyaşlı qız isə Respublika Diaqnostika Mərkəzinə aparılıb. Onun isə valideynləri barədə məlumat almaq mümkün olmayıb.
Uşaqlar barədə məlumatı olanlardan əlaqədar qurumlara məlumat vermələri xahiş edilir.
İnterpress.az