Cəlilabad rayonu Polis İdarəsinin qarşısında dünən axşam özünü yandıran Qarabağ müharibəsinin və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Miradil oğlu Mürsəlov bu gün ölüb.
Məlumatı Modern.az saytına onun qardaşı Mirkamil verib.
Müharibə iştirakçısı Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlmişdi.
Allah rəhmət eləsin…
***
Bu barədə qaziler.az saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
M.Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib.
Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi.
İnterpress.az