İnterpress.az xəbər verir ki, Salman Variyev kimi də tanınan çeçen komandir Moskva Dövlət Universitetinə basqında və həbsdən qaçmaqda günahlandırılır.
Çeçen komandiri təqribən bir ay əvvəl öldürüldüyü, ancaq bunu təsdiqləyən sənədlərin, o cümlədən cəsədin fotosunun indi Rusiyaya göndərildiyi bildirilir. Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən Salman Variyevin yanında iki mühafizəçisi də olub.
Çeçen komandir İraqda dəfn olunub. Çeçenistanda isə qohumları onla qiyabi vida mərasimi təşkil edib.
Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları onu Şimali Qafqazda 52 ən təhlükəli döyüşçülər siyahısına salınmışdı.
İnterpress.az