Cahangir Hacıyevin “Bandotdel”də olması xəbəri yayıldıbackend

Cahangir Hacıyevin “Bandotdel”də olması xəbəri yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatı “Azadlıq” qəzeti yayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün dövlət başçısı keçirdiyi müşavirədə banklara qaytarılmayan kreditlərin məsələsinə toxunub və iş adamlarının dövlətin vəsaitini taladığını deyib.

Xatırladaq ki, indiyə qədər həbs olunanlar arasında məşhur iş adamları Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

İnterpress.az