Bakı-Moskva təyyarəsi qəza enişi etdibackend

Bakı-Moskva təyyarəsi qəza enişi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 21-də yerli vaxtla saat 11.10-da Bakı-Moskva marşrutu üzrə reysi yerinə yetirən “Boing-757” təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsi səbəbindən problem yaranıb.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Enmə müvəffəqiyyətlə yerinə yetirilib, zərərçəkən olmayıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər ki, qeyd olunan nasazlıqla təyinat məntəqəsinədək uçuşu davam etdirmək mümkün idi.

Lakin, nasazlığın təyyarə havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq, kapitan baza hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda enmənin yerinə yetirilməyi qərara alıb.

Nasazlığın səbəbi “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi komissiyası tərəfindən araşdırılır. Sərnişinlər bu gün yerli vaxtla saat 13.00-da ehtiyat təyyarə ilə Moskvaya yola salınıblar.

İnterpress.az