İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, bu, Çeçenistan sakini Ruslan Muxadinovdur. İlkin versiyaya görə, o, Nemtsovu öldürənlərə 25 milyon rubl vəd edib.
Artıq şübhəlinin qohumları dindirilib. Onun özünü tapmaq isə mümkün olmayıb. Bununla belə istintaq müəyyən edib ki, hadisə baş verən gün Muxadinovun maşını Moskvada olub. Şübhəlilərdən biri olan Tamerlan Əsgərxanovun ifadəsində də məhz belə bir maşın barədə məqamlar yer alıb. Əgər Əsgərxanov Ruslan Muxadinovun fotosundan onu tanıyarsa, o zaman işin gedişində köklü dəyişiklik baş verəcək. Bundan əvvəl istintaqçılar Əsgərxanovun daxili qoşunların nüfuzlu çeçen mayoru Qeremayevin əlaqəsi barədə versiya çıxması ilə işin gedişatında köklü dəyişiklik olacaq.
İnterpress.az