Nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.
“Nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək. Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, – deyə M. Əmirov bildirib.
İnterpress.az