Bunu bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdə Binəqədi rayonunda yanan binanın Anar Kərimov adlı sakini deyib.
Anar Kərimov yanmış binada həyat yoldaşı Nazilə (39 yaş) və qızı Ayanı (5 yaş) itirib.
O, binanın yerində abidə görmək istədiyini də qeyd edib.
Mer isə sakindən bir az dözümlü olmağı xahiş edib. \”Sözsüz ki, o evdə sizin əzizlərinizin ruhu yaşayacaq. Siz ömür boyu əziyyət çəkəcəksiniz. Bir balaca dözümlü olun. Dərdinizi mənə danışın. Oturaq bir stəkan çay içək. Dərdləri danışmaq lazımdır\”.
Görüşdə iştirak edən mənzil sahibləri ödənilən pulun miqdarının az olduğunu deyiblər. Bakı meri isə müavinətlərin ilkin olaraq müəyyən edildiyini, daha sonra digər problemlərin həlli üçün də vəsait ödəniləcəyini deyib. \”Maşını və evi yananlar prokurorluğa yazılı məlumat versin. Bundan sonra məhkəmə qərarı olacaq və dəymiş ziyan ödəniləcək\”.
O, binada kirayə qalanlara da müavinət veriləcəyini açıqlayıb. Bundan başqa paltar və digər əşyaların alınması üçün də əlavə olaraq min manat ödəniləcək. ( anspress.com )
İnterpress.az