Sabir Rüstəmxanlı: “Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik”backend

Sabir Rüstəmxanlı: “Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfrans həmçinin “İran” qəzetinin Azərbaycan türklərini təhqir etməsinə etiraz olaraq Təbriz və Güney Azərbaycanın digər şəhərində 2006-cı il mayın 22-də başlanan “Xordad” hərəkatının 9-cu ildönümünə həsr olunub.

Konfrans iştirakçıları hadisələr zamanı şəhid olanların, eləcə də Bakının Binəqədi rayonunda baş verən yanğında həlak olanların xatirəsı bir dəqiqəlik sükutla yad edib. “Güney Azərbaycan: dünən və bu gün” mövzusunda müzakirələrin aparıldığı konfrans milli hökumətin himni ilə açılıb.

VHP sədri, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı 21 Azər hərəkatının 70 illiyinin bu il dekabrda qeyd ediləcəyini və konfransda əsas məqsədin yubiley tədbirlərinin keçirilməsi üçün müzakirə məqsədi daşıdığını bildirib. Millət vəkili qeyd edib ki, dünya dövlətlərinin xəyanəti nəticəsində məğlub olan Milli Hökumət Güneydə azadlıq mübarizəsində önəmli rol oynayıb: “Biz Güney məsələsinə biganə, artıq uduzulmuş məsələ kimi baxa bilmərik. Bəzi qüvvələr ümidsizlik toxumu səpməyə çalışır. Biz bunun qarşısına milli gücümüzü qoymalıyıq. Azərbaycanın ziyalıları, QHT nümayəndələri, siyasi partiyalar buna qarşı çıxmalıdırlar”.

Konfrans 21 Azər hərəkatının tarixi, səciyyəvi xüsusiyyətləri, nəticələri barədə tədqiqatçı-alim Əkrəm Rəhimli məruzəsi ilə davam edib. Bildirib ki, hərəkatın milli zəmində olması ilə bağlı şübhəli yanaşmalar olsa da bu həqiqəti əks etdirmir. 21 Azər hərəkatını zəruri edən amillərdən birinin də milli şüurun oyanması olduğunu deyən məruzəçi Milli Hökumətin həyata keçirdiyi islahatlardan danışıb. İri banklar milliləşdirildi, torpaq islahatları həyata keçirildi, kəndlərdə xəstəxanalar yaradıldı, sosial proqramlar həyata keçirildi, milli ordu yaradıldı, ana dilinə dövlət dili statusu verildi. Ancaq ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi ilə milli hökumət 12 dekabr 1946-cı ildə məhv edildi. Minlərlə soydaşımız öldürüldü, Seyid Cəfər Pişəvəri 1947-ci il iyulun 11-də Gəncədən qayıdarkən müəmmalı şəkildə maşın qəzasında dünyasını dəyişdi.

2006-ci ildə baş verən may hadisələri barədə də ətraflı müzakirələr aparıldığı konfransda İsa Qəmbər, Pənah Hüseyn, Zəlimxan Məmmədli, Nəsib Nəsibli, Yasəmən Qaraqoyunlu və başqaları iştirak edib.

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Sabir Rüstəmxanlı: "Güneyə uduzulmuş məsələ kimi baxa bilmərik"

Elnarə KƏRİMOVA
İnterpress.az