240 dəfə təkan edə biləcəyinə mərc edən kişi infarkt keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, rus 240 dəfə təkan edə biləcəyinə mərc edib, lakin 239 təkandan sonra infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Belə ki, Omsk sakini dostu ilə mərc edib ki, 240 təkan edə bilər, lakin 239-cu təkanda huşunu itirib. Gözlənilməz idman hərəkətləri nəticəsində kişi miokard infarktı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“İdmançı”ya müalicə və reabilitasiya kursu təyin olunub.
Xuraman Etibarlı
İnterpress.az