Səfir Mohamed Hamel Alqubaisi fəxri qarovul dəstəsinin qarşısından keçib.
Mohamed Hamel Alqubaisi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd edib.
Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyib. Mohamed Hamel Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirib və münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
İnterpress.az