280 min erməninin telefon nömrəsi İNTERNETƏ SIZDIRILDI – FOTObackend

280 min erməninin telefon nömrəsi İNTERNETƏ SIZDIRILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

280 min erməninin telefon nömrəsi internetə sızıb.

interpress.az xəbər verir ki, İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan məlumat verib.

“Telefon nömrələrinin böyük bir məlumat bazası sızdırılıb. Burada 280 minə yaxın erməninin nömrəsi var.

Çox güman ki, bu, Getcontact bazasıdır. İllərdir xəbərdarlıq edirdim ki, bu bazada hər şey aydın görünür.

Sahiblərinin xüsusi xidmət orqanlarına aid olduğunu açıq-aydın göstərən bir çox insan var. Çünki dostları onların adlarını əlaqə siyahısına belə yazıb.

Bütün xalq milli təhlükəsizliyin əleyhinə işləyir. Bir daha təbrik edirəm!”, – o yazıb.

S3cureEvn-in təsisçisi Levon İsacanyan öz növbəsində qeyd edib:

“Naməlum şəxs müxtəlif ölkələrlə bağlı 10 milyon əlaqə məlumatı olan lotu satışa çıxarıb.

Mənim apardığım məlumatların yoxlanılması göstərir ki, məlumat bazasında Ermənistan Respublikasının telefon kodları ilə təxminən 277.000 min nömrə var.

Çox güman ki, məlumatlar əlaqə əldə etmək üçün funksionallıq baxımından oxşar olan model tətbiqi vasitəsilə sızdırılıb”, – İsacanyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az