Səfir: “Ermənistan və PKK arasında ortaq çox şey var”backend

Səfir: “Ermənistan və PKK arasında ortaq çox şey var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsahibədə səfir Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması və cəbhə xəttində son yaşanan hadisələrlə bağlı danışıb.
Səfir bildirib ki, yalnız Dağlıq Qarabağ deyil, onun ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunub.

“Çox təəssüf ki, dünya ictimaiyyəti Azərbnaycan ilə Ermənistan arasındakı münaqişənin beynəlxalq hüquqa uyğun həll edilməsinə biganə qalır.

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Ermənistan tərəfinə təzyiq tətbiq etmirlər. Son hadisələrin səbəbi isə Ermənistan Silhalı Qüvvətlərinin Azərbaycan torpaqlarında olmasıdır. Ermənilərin başqa ölkənin torpağında nə işi var? Ermənilər Azərbaycan torpağından çıxdıqları vaxt bölgədə sülh mümkün olacaq”, deyə səfir vurğulayıb.

F.Bağırov bildirib ki, Ermənistana dəstəyi Rusiya dövləti verir.

“Ermənistanın belə işğala təkbaşına cəsarət etməsi mümkün deyil. Ermənistanın Dağlıq Qarabağdakı insanları isə başqa ölkələrdən gətirilib. 1828-ci ildən etibarən İran, Türkiyə və Suriyandan gətirilən ermənilər Azərbaycan torpaqlarına yerləşdirilib. Bunu isbat edən çoxlu sayda sənədlər də var. Rusiyanın dəstək olduğu Ermənistanın xəyalı “Böyük Ermənistan” dövlətini Azərbaycan və Türkiyə torpaqları üstündə reallaşdırmaqdır”.

Aprelin 2-dən cəbhə xəttində yaşanan hadisələrə də toxunan səfir bildirib ki, ermənilərin bölgədəki mülki vətəndaşlara atəş açması nəticəsində Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab verib.
“Nəticədə 4 mülki vətəndaşımız həlak olub, çoxlu sayda evə və məktəbə ziyan dəyib. Şagirdlər dərsə gedə bilmir. Bunu xarici jurnalistlər bölgəyə səfərləri çərçivəsində də müşahidə ediblər”.

Səfirlik qarşısına çox sayda Türkiyə vətəndaşının gəldiyini qeyd edən F.Bağırov bunun hər iki ölkənin prezidenti və hər iki ölkə arasındakı əlaqələrin yaxın olmasından xəbər verdiyini qeyd edib.

“Bizə çoxlu zənglər daxil olurdu. Çoxlu sayda Türkiyə vətəndaşı səfirlik qarşısına gəlib, maddi və mənəvi dəstək dəstək verə biləcəklərini qeyd edirdilər. Biz bu dəstəyə böyük önəm veririk”.

F.Bağırov Ermənistan və PKK arasındakı yaxınlıqdan da danışıb.

“Ermənistan və PKK arasında ortaq çox şey var. Təbii ki, onlar bir-birini dəstəkləyəcək. (modern.az)

İnterpress.az