Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?backend

Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistin özü Facebook-da yazıb. Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözləri idi”.

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.

Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?

İnterpress.az