Qərar onunla əsaslandırılır ki, Ermənistanın 1 il ərzində bu ittifaqda üzv olması ölkələrin inteqrasiyası onların rifah səviyyəsinin yüksəldilməsi üzrə əvvəlcədən planlaşdırılmış addımların həyata keçirilməsinə gətirib çıxarmayıb. Əksinə, ötən il ərzində Ermənistanın Aİİ-yə üzv ölkələrə ixracatı xeyli azalıb.
Statistik məlumatlara görə, 2015-ci ildə ixracat ümumilikdə 4,7%, Rusiyaya ixracat isə 28.1% azalıb. Qanun layihəsində o da göstərilir ki. Aİİ-yə üzvlük Ermənistanın izolyasiyasına və xarici investisiyaların azalmasına gətirib çıxarıb.(Virtualaz.org)
İnterpress.az