35 ton! Ən böyük kokain partiyası ələ keçirildi – FOTObackend

35 ton! Ən böyük kokain partiyası ələ keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada o qədər böyük miqdarda kokain ələ keçirilib ki, onu “gizli yerə” aparmaq lazım gəlib.

interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Nəşr bildirir ki, Almaniyada o qədər böyük miqdarda kokain ələ keçirilib ki, onu “gizli yerə” aparmaq lazım gəlib.

Onun dəyəri 30 milyard avro olaraq qiymətləndirilir.

“Müstəntiqlər yeddi federal ştatda reydlər keçirib, yeddi nəfəri həbs edib və təxminən 30 milyard avro dəyərində kokain müsadirə ediblər.

Ştutqart gömrük təhqiqat şöbəsi və Düsseldorf prokurorluğu bunun Almaniya tarixində “ən böyük kokain müsadirəsi” olduğunu açıqlayıb. Söhbət 35 ton kokaindən gedir. Müsadirə edilən narkotik vasitə məxfi yerə aparılaraq mühafizəyə götürülüb”, – nəşr yazıb.

 

Xuraman Etibarlı

İnterpress.az