Ən effektli qrip dərmanı qadağan edildibackend

Ən effektli qrip dərmanı qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox” adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

Biz də “Neftçilər” metrosu yaxınlığında yerləşən bir neçə aptekə baş çəkib satışda bu dərmanın olub-olmaması ilə maraqlandıq. Apteklərin çoxu bu dərmanın qadağan olunmasından xəbərsiz idi. Onlar “Bioparoks”ın gətirilmədiyini və ya qurtardığını deyirdilər.

İlk baş çəkdiyimiz aptekdə əczaçı bu dərmanın çoxdandı gəlmədiyini dedi: “Bu dərman çoxdandı ki, bazada yoxdur. Qadağan edilməyib. Sadəcə olaraq, deyəsən, daha istehsal edilmir. Zərərsiz bir dərmandır. Alıcıları da var idi. Qripə qarşıdır”.

Digər baş çəkdiyimiz aptekdə isə Vüqar Abbasov adlı əczaçı bizə həmin dərmanın olmadığını deyərək onu əvəz edən digər dərmanları təklif etdi: “”Bioparox\” dərmanı yoxdur, gətirməyiblər. Onu əvəz edən dərmanlar var. O dərmanın qiyməti 8 manat idi. O dərmanı çox adam alırdı. Elə indi də gəlib soruşurlar. Amma nədənsə artıq gətirmirlər\”.
Aptekdə olarkən bir alıcı da gəlib “Bioparox”un olub olmaması ilə maraqlandı. O işlədiyi üçün o dərmandan daimi istifadə etdiyini deyirdi: “Qrip kimiyəm. İşdə başımı aşağı salıb yazı yazanda bu dərman mənim burnumun axmasının qarşısını alır. Həm də qripimin başqasına keçmə ehtimalını azaldırdı”.

Baş çəkdiyimiz digər apteklərdə də əczaçılar dərmanın satışının əslində qadağan olunduğunu bilməsələr belə, onun aptekdə yer almamasını qurtarması ilə əsaslandırır və yaxın günlərdə olacağını deyirdilər.

Maraqlıdır, çoxlarının istifadə etdiyi və bəyəndiyi bu dərman nəyə görə qadağan edilə bilər? Doğrudanmı bu dərman ciddi risk və allergik reaksiyaları olan bir dərmandır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla xeyli dərman preparatlarının keyfiyyətsizliyi ilə üz-üzə qaldığımızı dedi: “Bu dərmanın qadağan olunması barədə məlumatı oxumuşam. Amma burada dərmanın niyə qadağan olunması barədə əsaslar ortaya qoyulmayıb. Yəni paraçetamol əsaslı dərman preparatlarının dövriyyədən çıxarılması konkret bir faktla ola bilər ki, bu dərmanın kimyəvi tərkibi təmizlənməyib və yaxud da tərkibindəki dərman əlavəsi müəyyən toksidi təsir göstərir və sairə. Amma bu dərmanın ləğvi bunların heç biri ilə əsaslandırılmayıb. Yəqin ki, özlərinin əsasları var. Hesab edirəm ki, bu cür dərman maddələri dərman bazarında az deyil. Xeyli dərman preparatlarının keyfiyyətsizliyi ilə üzbəüz qalmışıq. Amma yəqin ki, bu məsələlərin üzərinə gediləcək və xeyli dərman preparatlarının da dövriyyədən çıxarılıb keyfiyyətlərinin əvəz olunması istiqamətində iş aparılmalıdır. Azərbaycan ərazisində istifadə olunan dərman maddələrinin hər birinin icazəsi olmalıdır və bu, ictimailəşəndən sonra keyfiyyətsiz dərmanların bazara daxil olmasına imkan qalmır”. (musavat)

İnterpess.az