50 nəfərlik şənliklərdə COVID pasportu tələb olunmayacaq, maskadan istifadə isə məcburi olacaqbackend

50 nəfərlik şənliklərdə COVID pasportu tələb olunmayacaq, maskadan istifadə isə məcburi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

 

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”qərara edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmayacaq.