İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, A. Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb: “Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.
Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verib:
“Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin. Bu birinci dəfə deyil, bir neçə dəfə o deputatlara qarşı çıxış edib. O hər dəfə millət vəkillərinə dərs keçməyə çalışır. Xahiş edirəm ki, onunla bağlı tədbir görülsün”.
İnterpress.az