Razi Nurullayevdən Tarif Şurasının qərarına etiraz…backend

Razi Nurullayevdən Tarif Şurasının qərarına etiraz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev Tarif Şurasının qaz və işığın qiymətlərinin artırılması barədə qərarına münasibət bildirərkən deyib.

Razi Nurullayevin fikrincə, insanlar donmamaq üçün qaz və elektrikdən istifadə edəcəklər, amma pulunu ödəyə bilməyəcəklər və nəticədə onların qazı və işığı kəsiləcək, bu isə sosial partlayış deməkdir: “Bu tip anti-xalq qərarının verilməsi bizi çox üzür. Neçə vaxtdır ki, ölkəni bu fəlakətə sürükləyənlərin həbsini tələb edirik. Amma hələ də onlar meydanda at oynadır və cəzasızlıqlarının keyfini çəkirlər. Ölkə bu cür fəlakətlə üz-üzə qalıbsa, günahkarlar mütləq ki, var. Amma onlar cəzalandırılmadı. Əksinə, öz günahlarının cəzasını xalqa çəkdirməkdə davam edirlər.

Biz hakimiyyətdən bu qərarın ləğv olunmasını tələb edirik. İnsanları diri-diri qəbirə qoymaq olmaz. Tarif Şurası ya qərarını ləğv etməli, ya da istehlak ölçüsünü elektrik enerjisi üçün 400 kv-a, illik qaz sərfini isə 2000 kub metrə qaldırmalıdır. Bu ədalətsizliyə son verin, xalqın qəzəbindən qorxun. Bir düşündünüzmü ki, qiymət artımı sinxron olaraq digər xidmətlərə də təsir edəcək? Artıq su tarifi də, istilik də, çörək də artacaq. Demək olar ki, bütün istehsal müəssisələri qiymətləri kəskin bahalaşdıracaq. Axı onlar, qaz və elektrik enerjisi ilə işləyirlər. Siz bu fəlakətin miqyasını təsəvvür edə bilirsinizmi?”

İnterpress.az