Bunu AzNews.az–a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev noyabrın 29-da deputat Aqil Abbas və Fəzail Ağamalı arasında yananan qalmaqala münasibətində deyib. Deputat həmkarları arasında belə bir qalmaqalın yaşanmadığını qeyd edib:
“Mən orada olmuşam. Dava-zad olmayıb. Bəlkə əlbəyaxa da olublar? Belə şey eşitməmişəm. Hər kəs öz fikirini deyib. Mən komissiyanın sədriyəm. Fəzail Ağamalı olanlarla bağlı komissiyaya müraciət etməyib”.
A.Abıyev Fəzail Ağamalının Aqil Abbasın ünvanına dediyi “Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin” fikirinə də cavab verib:
“Əgər belə deyibsə, yəqin ondan üzr istəyər. Əgər sübut edirsə ki, səviyyəsi ondan yüksəkdir, görüşüb danışarlar. Dünya belədir. Kimsə qızışıb müharibə eləmək istəyir. Amma onun qarşısını alan yoxdur. Hamı istəyir ki, dava bir az da böyüsün. Görərsiniz, onlar sabah görüşəcək”.
Noyabrın 29-da Milli Məclisin plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb.
A.Abbas həmkarlarını onlara dəstək verməkdə fəal olmağa çağırıb. Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verib:
“Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin. Bu birinci dəfə deyil, bir neçə dəfə o deputatlara qarşı çıxış edib. O hər dəfə millət vəkillərinə dərs keçməyə çalışır. Xahiş edirəm ki, onunla bağlı tədbir görülsün.”
İnterpress.az