Baş prokurorluğun əməkdaşları Astanadabackend

Baş prokurorluğun əməkdaşları Astanada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil edib.

Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilib.
Tədbir çərçivəsində maraq doğuran digər məsələlər də müzakirə edilib.

İnterpress.az