Maddələr mübadiləsini düzənləyir – Göyəmbackend

Maddələr mübadiləsini düzənləyir – Göyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyvələri mədə pozğunluğunda (isalda) və sidik yollarının xəstəliyində kömək edir. Çiçəkləri meyvələrindən fərqli olaraq yüngül işlədici, maddələr mübadiləsinə köməkedici və sidikqovucu xassəyə malikdir. Meyvələrinin, çiçəklərinin, qabığının və köklərinin həlimi həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir. Həlimi (1:10 nisbətində) hazırlanır. Hər səhər 100 ml qəbul edilir. Çay hazırlamaq üçün göyəmin çiçəklərinin və yarpaqlarının qatışığından 2 xörək qaşığı bir stəkan qaynanmış su ilə dəmlənir. Alınan çay bal ilə içilir ki, bu çay sidikqovucu və işlətmə vasitəsidir.

Maddələr mübadiləsi pozulanda, dəridə səpki, qara ciyərdə ağrı olanda göyəmin çiçəkləri dəmlənir və içilir.

Çay: 50 qr. göyəm çiçəklər 1 litr soyudulmuş qaynar suda 8 saat dəmlənir. Yeməkdən qabaq gün ərzində qızdırıb içmək.

Maddələr mübadiləsini düzənləyir - Göyəm

İnterpress.az