Ərzaqlar: 1 stəkan şəkər tozu, 5 ədəd yumurta, 1 stəkan un, 5-6 ədəd alma, 1 xörək qaşığı bitki yağı, 0,5 çay qaşığı soda
Hazırlanması: İlk əvvəl sobanı isitmək lazımdır. Almalar çəyirdəyindən təmizləyib çox incə-incə dilimlənir. Yumurtaların ağı ilə sarısını ayırıb ağları köpüklənənə kimi mikserdə çalınır. Üzərinə şəkər tozu tökülür və yenidən çalınır.
Digər qabdakı yumurta sarıları çəngəllə qarışdırılır. Yumurtanın ağı qaşıqla hissə-hissə sarıların üzərinə tökülür. Daha sonra sirkədə söndürülmüş soda, un da əlavə olunur və qaşıqla qarışdırılır, xama qatılığında xəmir alınır.
Forma yağlanır. Xəmirin yarısı töküldükdən sonra dilimlənmiş almalar bol şəkildə xəmirin üstünə düzülür, xəmirin digər yarısı da əlavə edilir, üstü hamarlanır. Sonra 180 dərəcəli sobaya qoyulur, təxminən 25 dəqiqə bişirilir.
Şarlotta hazır oldusa, bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpə və çay süfrəsinə verə bilərsiniz. Nuş olsun!
İnterpress.az