Bakıda keçmiş məhkum 10 kiloqramdan çox narkotiklə ələ keçdibackend

Bakıda keçmiş məhkum 10 kiloqramdan çox narkotiklə ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, Binəqədi RPİ-nin Cinayət-Axtarış Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü Q.Ağababayevdən 10 kq 220 qr marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, Q.Ağababyev əvvəllər Cinayət Məcəlləsinin (CM) 177, 181, 234-cü maddələri üzrə məhkum edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az