Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanı “180 dərəcə” dəyişməsi gündəmi alt-üst edib.
Qalmaqallı imic dəyişikliyi ətrafında söz-söhbət getdikcə daha da böyüyür.
Müğənni Natavan Həbibidən sonra Röyanın imic dəyişimini hədəfə alan Səidə Sultan olub.
Səidə sosial media hesabında 2019-cu ildə çəkdirdiyi şəkilini Xalq artistinin yeni fotosessiyasında yer alan şəkillə müqayisə edib.
Paylaşdığı kollaj edilmiş fotoda isə o, qarşı tərəfi sərt şəkildə tənqid edib:
“Röyanın “Instagram” xəbər səhifələrindən sildirdiyi şəkili öz hesabımda paylaşmaq istədim. Sizcə düz etmişəm? Şərhi sizə buraxıram. Xatırladım ki, bu fotonu 2019-cu il iyunun 17-də çəkdirmişəm. Ünvanlıdır… Niyə inciyirsiniz ki? Fakt göz qabağındadır…”
S.Sultanın yazdığı iradlarla dolu rəyinə həmkarı N.Həbibidən dəstək gəlib. Natavan Röyanın qalmaqallı imic dəyişimini başına qaxınc edərək, Səidənin paylaşımına bu sözləri yazıb:
“İdeya mənbəyidir. Gündə bir şey fikirləşir, yazıq”.
Qeyd edək ki, Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev müsahibəsində qarşı tərəfi (red: Natavan Həbibi) ideya oğurluğunda günahlandıraraq, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb.