Çinin Şansi əyalətində ikimərtəbəli hotelin binası çöküb, ölən və yaralananlar var.
İnterpress.az-ın xəbərinə görə, bu barədə “Çin Mərkəzi Televiziyası” məlumat verib.
Bundan əvvəl telekanal dağıntılar altından 10 nəfərin olduğunu və 2 nəfərin öldüyünü xəbər vermişdi. Son məlumata görə, hotelin çökməsi nəticəsində 37 nəfər dağıntılar altında qalıb.
Xilasedicilər 33 nəfəri tapıblar, onlardan 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerində təxminən 710 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.
İnterpress.az