Binəqədi rayonunda avtomobil 2 yaşlı körpəni vurdubackend

Binəqədi rayonunda avtomobil 2 yaşlı körpəni vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

M.R.Rəsulzadə qəsəbəsində 2018-ci il təvəllüdlü Baxşəliyev Yusif İsmayıl oğlunu küçədə avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az