Tarixdə bu gün hansı hadisələr baş verib?
İnterpress.az oktyabrın 14-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1743 – Şirvanda üsyan: Üsyançılar Ağsu şəhərini ələ keçiriblər.
1924 – Tacikistan SSR yaradılıb.
1926 – Londonda Vinni-Pux haqda ilk hekayə çapdan çıxıb.
1964 – Leonid Brejnev Sov.İKP MK-nın Birinci Katibi seçilməklə Sovet İttifaqının rəhbəri olub.
1964 – Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görülüb.
1994 – Yasir Ərəfat, Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verilib.
2006 – Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
2009 – Bursada Türkiyə və Ermənistan milli komandaları arasında futbol matçı keçirilib.
İnterpress.az