İnterpress.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, kəndlərimizi, strateji yüksəklikləri işğaldan azad edib.
Əldə etdiyimiz məlumata görə bu istiqamətdə gedən döyüşlərə birbaşa General-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı Kərim Vəliyev rəhbərlik edib. Məlumata görə Cəbrayıl şəhərində şanlı bayrağımızı da məhz general Kərim Vəliyev dalğalandırıb.
Bütün Azərbaycan xalqının ürəyi əsgərlərimizlə döyünür. Arzu edirik ki, bütün azad olunacaq rayon, şəhər və kəndlərimizdə şanlı bayrağımızı qaldırasınız, CƏNAB GENERAL!!!