Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib – FOTObackend

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Belə ki, dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, milli zəmində azərbaycanlılara qarşı nifrət çağırışları edən ermənilərin cəzalandırılması üçün hadisə yerinə polis əməkdaşları gəliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən 2 raket hücumu nəticəsində 24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla insanın yaralanmasını hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə çatdırıb.

İnterpress.az