ABŞ Prezidenti Dolnald Tramp Pensilvaniya ştatındakı çıxışı zamanı bildirib ki, onun demokratlardan olan rəqibi Co Bayden Tanrıya qarşıdır.
Bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.
“O, Tanrıya qarşıdır”, – deyə Ağ Ev başçısı qeyd edib.
Birləşmiş Ştatlar prezidenti nitqinin davamında deyib:
“Unutmayın: silah, neft və Tanrı. Mən bu tərəfdəyəm, o isə digər tərəfdədir”.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.
İnterpress.az