“Qarabağ” Türkiyəyə yollandıbackend

“Qarabağ” Türkiyəyə yollandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə “Sivasspor”un qonağı olacaq “Qarabağ” Bakını tərk edib.

Klubun rəsmi saytına istinadən bildiririk ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi “Sivas 4 Eylül” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

İnterpress.az