Fransadakı azərbaycanlı alimlər Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblərbackend

Fransadakı azərbaycanlı alimlər Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada fəaliyyət göstərən “Alim” elmi assosiasiyası II Qarabağ müharibəsində əsir düşmüş əsgərlərimiz Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

Assosiasiyanın təsisçilərindən olan Dr. Elmar Yusiflinin imzası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədəki baş ofisinə, Fransadakı və Azərbaycandakı nümayəndəliklərinə, Avropa ombudsmanı Emili O’Reyli, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dünya Myatoviç və digər qurumlara ünvanlanan məktubda qeyd edilib ki, Şuşa və Xankəndi arasında gedən döyüşlər zamanı azərbaycanlı əsgərlər Amin Musayev və Bayram Kərimovun yaralı halda əsir düşdükləri, Ermənistan silahlılarının onlara qarşı qeyri-insani rəftar sərgiləməsinə dair videofaktlar mövcuddur.

Assosiasiya azərbaycanlı hərbi əsirlərə qarşı yol verilən qanunsuzluqlara son qoyulmasını və onların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq dərhal Azərbaycana qaytarılmasını tələb edib. Bundan başqa, münaqişə dövründə Ermənistana əsir düşmüş bütün əsirlərin siyahısının dəqiqləşdirilməsinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Soydaşlarımız, həmçinin Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq normalar ilə hərbi cinayət sayılan əməllərinə hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılmasına çağırıblar.

 

İnterpress.az